“Qəzet daşıyıb pul qazanırdım” - MƏSUT ÖZİL - FOTO

  • Müəllif: admin
  • 27 Mart 2017 15:18

mesut ozil

Türkiyə gözəli Əminə Gülşenin sevgilisi, ulduz futbolçu Məsut Özilin qazancı mətbuatın diqqətini çəkib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-cü ildə türkəsilli futbolçu Məsut Özil 183 milyon TL qarşılığında İngiltərənin “Arsenal” komandasına transfer olub.

Belə ki, ildə 33 milyon TL qazanan Məsut Özil yoxsulluq içində keçən uşaqlıq illərini Kai Psottanın yazdığı “Matçların Sehri” adlı kitabında xatırladıb:

“Dostlarım lüks evlərdə yaşayırdılar. Onlara baxanda yaşadığım evdən utanırdım. İndi isə lüks malikanədə yaşayıram. Bu günlərə çox böyük əmək sərf edərək gəldim. Məktəbdə xadimə işləyən anam mənim ən böyük dəstəkçim olub. O vaxtlar qəzet daşıyıb pul qazanırdım” – deyə, M. Özil bildirib.

Anar
Gununsesi.info