Qaçırılmış BMT əməkdaşlarının meyitləri tapılıb - ONLARDAN BİRİNİN BAŞI KƏSİLİB

  • Müəllif: admin
  • 29 Mart 2017 07:19

BMT emekdaslari zaida-catalan-michael-sharp

BMT-nin qaçırılmış iki əməkdaşı – amerikalı Maykl Şarp və isveçli xanım Zayda Katalanın meyitləri hökumət rəsmiləri tərəfindən Konqo Demokratik Respublikasında tapılıb.

Gununsesi.info-nun tass.ru-ya istinadən verdiyi məlumata görə, Konqo Demokratik Respublikasının rabitə və mətbuat naziri Lambera Mende Omalanqa hadisə ilə bağlı kütləvi informasiya vasitələrinə danışarkən “Artıq qəti əminliklə demək olar ki, tapılan meyitlər BMT əməkdaşlarına aiddir. Hətta biz üçüncü şəxsin də meyitini aşkarlamışıq. O, konqolu tərcüməçidir”.

Onu da qeyd edək ki, rabitə və mətbuat naziri Lambera Mende Omalanqanın sözlərinə görə, BMT-nin isveçli xanım əməkdaşı Zayda Katalanın meyiti başı kəsilmiş vəziyyətdə tapılıb.

Xatırladaq ki, adıçəkilən BMT əməkdaşları mart ayının ortalarında Konqo Demokratik Respublikasının Kasai əyalətində bir qrup naməlum şəxs tərəfindən qaçırılmışdılar.

Gununsesi.info