17 yaşlı qız faciəli şəkildə dünyasını dəyişdi - BAKIDA

  • Müəllif: admin
  • 31 Mart 2017 10:16

meyit

Bakıda 17 yaşlı qız faciəli şəkildə ölüb.

Gununsesi.info bildirir ki, Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva 7-ci mərtəbədən yıxılaraq ölüb.

Hadisənin bədbəxt hadisə və ya intihar olub-olmadığı araşdırılır.

Gununsesi.info