Dağıstanda azərbaycanlı sürücülərə kütləvi hücum –  Rusiyanı tətil bürüdü

  • Müəllif: admin
  • 31 Mart 2017 21:12

187003_src

 

Martın 30-u Rusiya Federasiyası Dağıstan Muxtar Respublikası ərazisində Azərbaycandan gedən 30-dan, artıq iri tonnajlı yük maşını hücuma məruz qalıb.

Bu haqda həmin yük avtomaşınlarının sürücüləri məlumat verib.

Sürücülərdən Əzim Niftullayevin bildirdiyinə görə, yük maşınları meyvə-tərəvəz aparırmış. O, deyib ki, yük avtomaşınları onlarla naməlum şəxsin hücumuna məruz qalıb. Hücumun Azərbaycan-Rusiya dövlət sərhədini keçdikdən sonra baş verdiyi qeyd edilir. Hücum edənlər Rusiyada magistral yollarda yük daşıyan ağırtonnajlı maşınlardan xüsusi vergi yığan “Platon” şirkətinin tarifləri 25 faiz artıracağını elan etməsinə qarşı tətil edən dağıstanlı sürücülərdir.

 

Gununsesi.info