“Debbi” qasırğası Avstraliyanın şərqində beş nəfərin ölümünə səbəb olub

  • Müəllif: admin
  • 02 Aprel 2017 07:54

debbi qasirgasi

“Debbi” qasırğası nəticəsində əmələ gələn daşqınlar Avstraliyanın şərqində beş nəfərin ölümünə səbəb olub. Aprelin 1-də Yeni Cənubi Uels və Kvinslend şatatlarının yerli hakimiyyət orqanları üç nəfərin, ertəsi gün isə daha iki nəfərin həlak olması barədə məlumat yayıblar. Kvinslend polisinin bildirdiyinə görə, üç nəfərin taleyi hələ də məlum deyil.

Gununsesi.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, ötən həftənin əvvəllərində Kvinslend şatatına çatan “Debbi” qasırğasının gücünü itirməsinə baxmayaraq, onun yaratdığı leysan yağışlar həm bu, həm də qoşu Yeni Cənubi Uels ştatında daşqınlara səbəb olub. Xilasedicilərin bildiridiyinə görə, Yeni Cənubi Uels ştatının 20 min sakini evlərinə qayıda bilmir. Həmin ştatda 10 min ev, Kvinslend ştatında isə 60 min ev hələ də elektrik enerjisiz qalıb.

Hazırda ən ağır vəziyyət Kvinslendin şərqindəki Rokqemton şəhərindədir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, gələn həftə buradakı Fitçira çayında suyun səviyyəsi 1954-cü ildə qeydə alınmış ən yüksək həddi aşacaq.

Kvinslendin polis komissarı İen Stüartın sözlərini sitat gətirən ABC telekanalı bildirib: “Hazırda böhran vəziyyəti başlayır. Çoxları elə düşünürlər ki, qasırğa artıq keçib və təhlükə arxada qalıb. Lakin bu, xüsusən çayların axdığı ərazilərdə heç də belə deyil”.

Gununsesi.info