Ermənistanda keçirilən parlament seçkilərinin eksit-poll nəticələri açıqlanıb.
Gununsesi.info xəbər verir ki, “Baltic Surveys/The Gallup Organization”un keçirdiyi eksit-poll nəticələrinə əsasən Ermənistan Respublika Partiyası 46 faiz səslə birinci yerdədir.
“Çarukyan” bloku 25 faiz səslə ikinci, “Çıxış” bloku isə 10 faizlə üçüncü olub.
“Daşnaksütyun” isə cəmi 5 faiz səs toplayıb.
Eksit-pollda 30 min seçici iştirak edib.
Gununsesi.info












