16:13
Sankt-Peterburq metrosunda iki partlayış olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
Partlayış nəticəsində 10 nəfər həlak olub. Agentlik həmçinin partlayışın “Sennaya Ploşad” stansiyasında baş verdiyini açıqlayıb.
“Alfa” xüsusi təyinatlı qrupun keçmiş əməkdaşı Sergey Qonçarov metroda baş verən partlayışı terror aktı kimi qiymətləndirib.
***
Sankt-Peterburq metrosundakı partlayış nəticəsində xəsarət alanlar arasında uşaqlar da var.
Üstəlik, partlayışdan sonra metronun 7 stansiyasının fəaliyyəti dayandırılıb.
***
RİA novosti metrodakı partlayıcı maddənin kustar üsulla hazırlandığı barədə məlumat yayıb.
Bildirilib ki, Sankt-Peterburqun bütün metro stansiyalarının fəaliyyəti tam olaraq dayandırılıb.
***
Sankt-Peterburq rəhbərliyi yaralıların 50 nəfər olduğunu təsdiqləyib.
***
Belarus lideri Lukaşenko ilə görüşdə canlı olaraq açıqlama verən Putin teraktı istisna etmədiyini, ancaq hadisənin araşdırmalardan sonra qiymətləndiriləcəyini bildirib.
Lukaşenko isə baş verən faciə ilə bağlı Rusiya lideri və xalqına başsağlığını çatdırıb.
***
Moskvanın “Vnukovo” aeroportu təhlükəsizlik tədbirlərini gücləndirib.
***
Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayını açıqlayıb.
Partlayış nəticəsində 9 nəfərin öldüyü, 20 nəfər yaralandığı bildirilib.
Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko isə bildirib ki, metroda partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
***
Sankt-Peterburq metrosunda partlayış zamanı yaralanmış iki nəfər xəstəxanada keçinib.
Axar.az xəbər verir ki, bu barədə Mariinsk xəstəxanasından məlumat veriblər. Bildirilib ki, həmin şəxslər klinik ölüm vəziyyətində olublar.
Səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb.
Gununsesi.info












