Peterburqda terror aktında yaralananlardan birinin azərbaycanlı olduğu ehtimal edilir

  • Müəllif: admin
  • 03 Aprel 2017 20:45

8f58ec5c-f47e-46a5-bb40-52cfd7db04e0_292

 

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralananların ilkin siyahısı açıqlanıb.

APA-nın Life.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda siyahıda 16 nəfərin adı var.

Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.

Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

 

Gununsesi.info