
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliyə əsasən Əmək Məcəlləsinə də dəyişiklik nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, bu məsələ Milli Məclisin (MM) Əmək və sosial siaysət komitəsinin aprelin 4-də keçirilən iclasında müzakirə olunub.
Məcəlləyə edilən dəyişiklik barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirdib ki, burada məqsəd hər hansı qurumdakı korrupsiya faktı barədə məlumat verən şəxsin hüquqlarının müdafiə olunması və onun yersiz təqiblərə məruz qalaraq, işdən çıxarılmasının qarşısının alınmasıdır.
Bu məqsədlə də Əmək Məcəlləsinin 65-ci maddəsinə belə bir dəyişiklik təklif olunur:
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi atteestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalıarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya kommisiyasının iclasında iştirak etməlidir”.
Komitə sədri onu da əlavə edib ki, korrpusiya haqqında məlumat verən şəxsi işdən çıxarmağın qarşısını almaq üçün intizam tənbehi də nəzrdə tutulur.
Bunun üçün Məcəllənin 187-ci maddəsinə də dəyişiklik nəzərdə tutulur. Bu dəyişikliyə əsasən ” idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi barəsində intizam tənbehi tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyatı olmadığını əsaslnadırmalıdır”.
Məcəlləyə edilən dəyişikliklər müzakirələrin yekunu olaraq parlamentin plenar iclasına tövsiyə edilib.
Mürtəza
Gununsesi.info












