Avropa İttifaqı Böyük Britaniyadan 2 milyard Avro tələb edir

  • Müəllif: admin
  • 25 Aprel 2017 17:35
1466769310_etatist
Avropa İttifaqı Böyük Britaniyadan qurumdan çıxması nəticəsində  gömrük rüsumları hesabına Brüsselin büdcəsində yaranan itkiyə görə 2 milyard Avro həcmində kompensasiya tələb etmək niyyətindədir.
Gununsesi.info “The Times”-ə istinadən xəbər  verir ki,  Böyük Britaniyanın dəstəyi nəticəsində  çinli çinayətkar işbaz qrupların vergi və gömrük rüsumlarını toplamaq  və bu qanunsuzluğun qarşısını almaq mümkün deyil. Belə ki, Böyük Britaniyanın  Duvr və Felikstou    limanları vasitəsi ilə Çindən Avropa İttifaqı ölkələrinə idxal olunan mallar hesabına  sistematik olaraq qiymətlər dəyişir. Bunun  nəticəsində  milyardlarla funt sterlinq gömrük və vergidən yayınma halları baş verir.
Bu dələduzluqdan Böyük Britaniya məlumatlı olsa da, dələduzluq faktları davam etməkdəri. Ona görə də  yaranmış vəziyyət Londonla Brüssel arasında gələcək ticari əlaqələrinin qurulması zmanı müzakirə olunacaq.
Times mətbu orqanı onuda  yazıb ki, Britaniyada Çinin beynəlxalq səviyyəli cinayətkar dəstəsi fəaliyyət göstərir və onların qanunsuz fəaliyyəti nəticəsində Britaniya limanları vasitəsi ilə son üç ildə  Avropa ittifaqına Çindən  mal idxalı üç dəfə artıb.
Gununsesi.info