Vəkillər prosesə gəlmədi - RABİTƏ İŞİNDƏ

  • Müəllif: admin
  • 26 Aprel 2017 15:26

vidadi-beytulla

Aprelin 26-a Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Gununsesi.info-nun xəbərinə görə, təqsirləndirilən Emin Məmmədovun vəkilləri – İmaməli Əsgərov və Vüqar Xasayev prosesə gəlməyib.

Bildirilib ki, hər iki vəkilin qohumu rəhmətə gedib, onlar yas yerindədirlər.

Təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev Emin Məmmədova yeni vəkil təyin olunmasını təklif edib.

Hakim prosesə qısa fasilə verib.

Fasilədən sonra hakim bildirib ki, Vəkillər Kollegiyası ilə əlaqə saxlayıb: “İki vəkildən biri tapılmalıdır. Saat 2-yə qədər prosesdə fasilə elan edilir”.

Məhkəmə günin ikici yarısında da baş tutmayıb.

Beə ki, Emin Məmmədovun vəkilləri məhkəməyə gəlməyib.

Proses aprelin 28-ə təyin edilib.

Gülnaz Qənbərli

Gununsesi.info