
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkil etdiyi “Bakcell U-17 Liqa”nın qalibi müəyyənləşib.
Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, çempionatın final yarışında “AZAL” komandası ilə qarşılaşan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 17 yaşlılardan ibarət yığma komandası 3:1 hesabı ilə qalib gələrək liqanın qalibi olub.
Qaliblərə AFFA-nın baş katibi Elxan Məmmədov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, Bakcell şirkətinin rəsmi nümayəndəsi tərəfindən mükafatlar təqdim olunub.
Anar
Gununsesi.info










