Keçmiş həyat yoldaşı Günay Musayevaya qarğadı - MODEL TOLQA KARELƏ OĞLUNU GÖSTƏRMİR

  • Müəllif: admin
  • 01 May 2017 00:29

tolga-karel gunay musayeva

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı Tolqa Karel oğlu Cahangiri görə bilmədiyi üçün şikayətlənib.

Gununsesi.info-nun muztv-yə istinadən verdiyi xəbərə görə, aktyor bununla bağlı məhkəməyə müraciət edəcəyini də deyib: “Oğlumu görə bilmirəm. Bu həftə onu görmək üçün çalışacam. Onun üçün çox darıxmışam. Mia da, Cahangir də mənim övladlarımdır. Düşünürəm ki, onlar yaxşı qardaş-bacı ola bilərlər. Keçmiş xanımımı Allaha tapşırıram”.

Amerikada yaşayan aktyor artıq sənətini atdığını da vurğulayıb: “Artıq iş adamıyam. Amerikada böyük işlər görürəm. Dönməyi düşünmürəm”.

Qeyd edək ki, Günay Musayevadan boşanan aktyor Amerikada Sarah Skot ilə evlənib və onların bu nikahdan Mia adlı bir qızı var.

Gununsesi.info