Sumqayıtda avtomobil təmiri sexi və maşın yanıb

  • Müəllif: admin
  • 18 May 2017 14:42

neft terminali yangin

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 120 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 40 m2 sahədə və içərisində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info