Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Ülyahəzrət,
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Gununsesi.info









