“Prezidentin Özbəkistana dövlət səfərini əvvəlki səfərlərlə fərqləndirən əsas məqam iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin əbədi dostluq olaraq rəsmiləşdirilməsi hesab oluna bilər”.
Bu sözləri Gununsesi.info-ya politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri Mirziyoyevin hakimiyyətə gəlişindən sonra xüsusilə inkişaf etməyə başladı:
“2022-ci ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi, 2024-cu ildə isə rəsmiləşdirilirdi. Əbədi dostluq haqqında müqavilə isə müttəfiqlik münasibətlərində yeni mərhələnin başlanması, bu münasibətlərin gələcək nəsillərə də ötürülməsinin təməlinin atılmasıdır. Bu səfər Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı bağları daha da gücləndirdi və iki regionu birləşdirən yeni təhlükəsizlik arxitekturasının formalaşdığını deyə bilərik. Əbədi dostluq haqqında müqavilədə tərəflərin götürdükləri öhdəliklər də bunu demeye əsas verir. Təbii ki, bu nəticələr təkcə ikitərəfli münasibətlərin yox, türk dünyasının və Orta dəhlizin perspektivlərini də gücləndirən əsas məqamlardır”, – deyə o, həmçinin qeyd edib.
Orxan









