
Balakən rayonunda zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
İlkin məlumatlara görə, yerli vaxtla saat 11:20:56-da Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 3.8, dərinliyi isə 2 km olub.
Gununsesi.info












