“5-ci dəfə ailə qurmaq istədim, amma alınmadı…” - PEKƏR AÇIKALIN

  • Müəllif: admin
  • 06 İyun 2017 22:15
peker-acikalin-2-kez-40c2009b861f0167517d
Bugünlərdə ürək əməliyyatı keçirmiş tanınmış gülüş ustası Pekər Açıkalın iki öncə xəstəxanadan evə buraxılıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə aktyorun özü məlumat verib.
O, qeyd edib ki, qızları Şəkərlə Yakut onu xəstəxanada bir an olsun belə, yalnız buraxmayıblar:
“Onlar mənə aşıq, mən də onlara aşiqəm. Xəstəxanada da bir an olsun belə, məni yalnız buraxmadılar. Axırda onları özüm qovdum (gülür)…”.
P. Açıkalın Şəkərin 18 yaşının, Yakutun12 yaşının içində olduğunu, böyük qızna iki yaşından özü baxdığını, hazırda da birgə yaşadıqlarını deyib və  5 il öncə ayrıldığı 4-cü həyat yoldaşından olan ikinci qızını isə yeniyetməlik dövrünün başlaması ilə əlaqədar Almaniyaya-anasının yanına göndərdiyini söyləyib.
O, özünün 53 yaşının içində olduğunu və 4 dəfə ailə qurub, ayrıldığını da sözlərinə əlavə edib. 5-ci dəfə ailə qurması isə alınmayıb:
“Onunla 4 il demək olar ki, bir yerdə olduq. Ancaq evliliyimiz alınmadı, ayrılmalı olduq…”
KAMİL
Gununsesi.info