
Son zamanlar sosial mediada fenomen olan Nüsrət Gökçə indi də yeni avtomobili ilə gündəmə gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, yeni “oyuncağı” üçün 60 min avro (230 min lirə) ödəyib.
Klassik markalara üstünlük verən Gökçə 1967-ci modeli “Ford Mustang Convertible” markalı avtomobilin sahibi olub.
Qeyd edək ki, son olaraq Nüsrət 330 min lirəyə aldığı bahalı saatı ilə gündəmə gəlmişdi.
Gununsesi.info











