Bakıda şirkətdəki seyfdən xeyli pul oğurlandı

  • Müəllif: admin
  • 10 İyun 2017 11:33

071232c6b2fee52fa53186fc79f7f0a1

Bakıda ofisdən 4 min pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, mayın 15-də Bakı şəhər sakini Etibar İsgəndərov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib rayon ərazisində yerləşən ofisində, ona məxsus çantadan 3160 manat və 700 ABŞ dolları pul oğurlandığını bildirib.

Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sənan Rüstəmov tutulub.

Gununsesi.info