Cüdoçularımızdan Avropa çempionatında 10 medal

  • Müəllif: admin
  • 18 İyun 2017 10:29

fc3cc67a2cb8710dc7abfcbb3e766bdf

 

Xorvatiyanın Zaqreb şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan idmançıları uğurla çıxış edirlər.

Millimiz aktivinə 3 qızıl, 5 gümüş və 2 bürünc medal yazdırıb.

Qadınların yarışında ölkəmizi təmsil edən Zülfiyyə Hüseynova F-4 63 kq kateqoriyasında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Kişilərin mübarizəsində Məmmədov Məmməd (M-1 73 kq) və Budaqov Vüqar (M-2 73 kq) qitə çempionu adını qazanıb.

Hacıyev Babək (M-3 60 kq), Bağırov Zaur (M-3 +100 kq), Cəfərov Mübariz (M-4 81 kq), Rəcəbli Fərhad (M-6 90 kq), Müslimzadə Məhəmməd (M-8 +100 kq) gümüş medala layiq görülüb.

Daha iki veteran cüdoçumuz – İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) Avropa çempionatında 3-cü yeri tutub.

 

Gununsesi.info