İraq “Qədim şəhər”ə hücuma başladı

  • Müəllif: admin
  • 18 İyun 2017 14:34

iraq-ordusu

 

Bu gün İraq Silahlı Qüvvələri Mosulun “Qədim şəhər” məhəlləsinə hücuma başlayıb.

APA-nın verdiyi məlumata görə, bu barədə İraq Silahlı Qüvvələri məlumat yayıb.

Bundan əvvəl İraq Silahlı Qüvvələri Mosulun Ez-Zancili və Eş-Şifaa məhəllələrini İŞİD terrorçularından azad edib, “Qədim şəhər”i mühasirəyə alıb. Hazırda Mosulun 1 faizindən az hissəsi İŞİD terrorçularının nəzarətindədir.

 

Gununsesi.info