“Vaxtı bitən danışıq kartların satışı qəti qadağandır” - "BAKCELL"DƏN AÇIQLAMA

  • Müəllif: admin
  • 19 İyun 2017 18:20
bakcel
 
Bir neçə gün öncə “Bakcell” MMC-nin  satış məntəqələrində   istifadə müddəti bitən danışıq kartları ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun  saytımıza verdiyi  açıqlamaya reaksiya verib.
“Bakcell”in korportiv kommunikasiya bölməsinin əməkdaşı Abbas Musayevin Gununsesi.info -ya verdiyi açıqlamada deyilir ki, şirkətimiz adından sizə və həmkarlarınıza istehlakçıların hüquqlarının qorunması istiqamətində gördüyünüz bütün işlərə görə təşəkkür edir, gələcəkdə də abunəçilərimizin məmnuniyyətinin yüksək dərəcədə qorunub saxlanılması üçün onlarda yarana biləcək hər hansı sualların araşdırılmasında dəstək göstərdiyinizə görə öncədən minnətdarlığımızı bildiririk. “Bununla yanaşı xahiş edirik, gələcəkdə təşkilatınıza daxil olan hər hansı şikayəti ictimailəşdirdikdən öncə qarşı tərəfin də mövqeyini dəqiqləşdirin. Əks halda, cəmiyyətdə qərəzli fikirlər formalaşır və bu kimi hallar müxtəlif şirkətlərin peşəkar nüfuzuna xələl yetirir.
İstifadə müddəti bitmiş kartlara gəlincə isə şirkət rəsmisi bildirilib ki, belə və “Bakcell” şirkəti ilə əlaqəsi olan minlərlə rəsmi satış nöqtələri bu qayda ilə tanışdır:
“Paylaşım etdiyiniz gün nömrəsini verdiyiniz istehlakçı ilə əlaqə saxlayıb kartı haradan əldə etdiyini müəyyənləşdirməyə çalışdıq. Abunəçi dəqiq məlumat təqdim etmədiyindən şirkətimizin Satış Departamentinin əməkdaşları dərhal abunəçinin dediyi 2 küçədə bütün rəsmi satış məntəqələrinə baxış keçirdi. Baxış zamanı müxtəlif nöqtələrdə müxtəlif nominalda alınan ödəniş kartlarının arasında istifadə tarixi bitmiş karta rast gəlinməyib. Bununla yanaşı Xidmət Mərkəzi ilə əlaqə saxlayıb paylaşımınızdakı çekin üzərində qeyd edilən vaxt abunəçiyə xidmət edən əməkdaşın kimliyi müəyyən etdik.
Qeyd edək ki, həmin əməkdaş uzun illərdir Bakcell şirkətində çalışır və bu vaxta qədər bütün abunəçilərə təmkinlə dəstək göstərir.
Xidmət Mərkəzinin əməkdaşı abunəçiyə bildirib ki, istifadə tarixi bitmiş ödəniş kartlarının Bakcell şirkətinə qaytarılması qeyri mümkündür. Bununla yanaşı abunəçiyə məsləhət görülüb ki, kartı aldığı satış məntəqəsinə geri qaytarsın. Həmin satış məntəqəsi satdığı yararsız kartı mütləq geri almalıdır. Əks təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq onun barəsində tədbir görüləcək. Buna cavab olaraq abunəçi şikayət edəcəyini bildirdikdə, Xidmət Mərkəzinin əməkdaşı “Bu sizin hüququnuzdur” deyə nəzakətlə müraciət edib. Müştəri məmnuniyyətinin bizim üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq biz daim abunəçilərə mövcud qaydalar çərçivəsində əlimizdən gələn dəstəyi göstəririk”.
Mürtəza
Gununsesi.info