Xəzərdə batan modelin ölümü ilə bağlı cinayət işi başlanıldı

  • Müəllif: admin
  • 29 İyun 2017 17:54

01498727178-20441498729436

Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.info bildirir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Prokurorluqdan qeyd olunub ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılır.

Qeyd edək ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G. Mirzəyeva boğulub. Onun meyiti sudan çıxarılıb.

Xatırladaq ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olub.

Gununsesi.info