Salyanda azyaşlı uşaqların üstünə qaynar su tökülüb

  • Müəllif: admin
  • 15 İyul 2017 15:55

1497180668-8753
Salyanda iki azyaşlı uşağın üstünə qaynar su tökülüb.

Gununsesi.ifo APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Çuxanlı kəndində baş verib.

4 yaşlı Süleymanova Dəniz Rəsul qızı və 2 yaşlı Ayaz Həbib oğlu Xəlilovun üzərinə qaynar su ilə dolu qazan aşıb.

Hər iki uşaq ağır yanıq xəsarətləri alıb. Onlar öncə Salyan rayon xəstəxanasına çatdırılıb, oradan isə Bakı Yanıq mərkəzinə yola salınıb.

Gununsesi.info