
Qadınlardan ibarət Azərbaycan milli komandası iyulun 26-da və 29-da “Dalğa Arena”da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, hər iki oyunun start fiti saat 19:00-da səslənəcək.
Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
Toplanışda iştirak edən futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
| Soyad | Ad | Klub |
| İsmayılova | Günay | Fidan |
| Şərifova | Aytac | Okjetpes (Qazaxıstan) |
| Abdulova | Nigar | Təhsil |
| Məmmədova | Kamilla | Təhsil |
| Əhmədova | Ayşən | Sumqayıt |
| Hacıyeva | Vüsalə | Təhsil |
| Seyfətdinova | Vüsalə | Sumqayıt |
| Quliyeva | Roza | Təhsil |
| Əliyeva | Aysun | Samsunspor (Türkiyə) |
| Mollayeva | Manə | Kubanochka (Rusiya) |
| Hüseynova | Cəmilə | Məşəl |
| Teymurova | Firəngiz | Konakbelediyyespor (Türkiyə) |
| Qasımova | Güləmbər | Qəbələ |
| Cəfərzadə | Sevinc | Rossiyanka (Rusiya) |
| Bakarandze | Kristina | Okjetpes (Qazaxıstan) |
| Sərdarlı | Rövşanə | Fidan |
| Qasımova | Həqiqət | Təhsil |
| Rodelgo | Natalya | Atletico (Madrid, İspaniya) |
| Peritan | Bozdağ | Konakbellediyespor (Türkiyə) |
| Mənsimzadə | Susən | Fidan |
| Məhsimova | Jalə | klubsuz |
| Özdemir | Merve | Eintracht (Almaniya) |
| Mirzəliyeva | Nigar | Mingəçevir |
| Taş | Öznur | Antalyaspor (Türkiyə) |
Anar
Gununsesi.info










