Kür çayında 1 nəfər batıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Bərdə rayonu, Yeni Əyricə kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.
Gununsesi.info