
4 il öncənin söhbətidir. Bir uzaq tanışın (keçmiş qonşu) oğlu dünyaya gəlmişdi. Dedim, neçə il bir məhəllədə yaşamışıq, barı zəng edib təbrik edim. Elə dəstəyi götürüb bir-iki kəlmə xoş söz demişdim ki, adam qayıtdı:
“Sənə də oğul arzulayıram, qardaş. Qız gəldi-gedərdir. Oğulsuz ata sonsuz kimi bir şeydir. Dua edəcəm, sənin də bir oğlun olsun…”
Bunu mənə o kəs deyirdi ki, 7-ci evliliyi idi, yəni bu vaxta qədər artıq 7 qızı bədbəxt eləmişdi, 2 il əvvəl ata evini qumarda uduzmuşdu + alkoqol asılılığı vardı. Bütün günü müalicədə və…avaranın, tüfeylinin, dar “kafa”lının da biri…
Məni taniyanlar bilir, ən gərgin anımda da dilimdən ağır söz çıxmaz, ən kiritik məqamda belə loyal sözlərlə dövr etməyə, sakit keçinməyə çalışıram. Amma bu dəfə dözmədim. Dedim, bir qızım var və o qızımın fen, daraq arasında qalaraq məcburən tələf olan yarımca sm-lik tükünü sənin kimi yüz manqurt GƏDƏNİN cəmdəyinə dəyişmərəm…..
Susdu…
***
Övladın cinsini fərqləndirənlər bu dünyanın ən bəsit, ən bekar, ən cahil adamlarıdır.
Oğlanı da, qızı da verən Tanrıya min kərə şükürlər olsun.
Bu DƏYƏRin qiymətini bilməyənlərə, bəsirət gözü kor olanlara, naşükürlərə isə milyon kərə yazıqlar!!!
Elşən Musayev,
Millət vəkili
Gununsesi.info











