
Şirvanda avtomobil yolu keçən qadını vurub.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, Şirvan şəhəri Rəsulzadə küçəsində “KİA” markalı avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Əhmədova Qızxanım Rəncbər qızını vurub. Qadın sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan RPŞ-də araşdırma aparılır.
Gununsesi.info










