Payızın Azərbaycana gəlmə vaxtı açıqlandı

  • Müəllif: admin
  • 14 Avqust 2017 15:24

1315409429_1315298358_autumn-in-the-mountains-wallpaper

Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.  

Gununsesi.info xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. Bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.

Gununsesi.info