Rusiya aviaşirkəti Azərbaycandan keçməklə Honqkonqa yük daşıyacaq

  • Müəllif: admin
  • 14 Avqust 2017 20:01

rus-honkonq

Rusiya aviaşirkəti Azərbaycandan keçməklə Honqkonqa yük daşıyacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə komissiyasının protokolunda qeyd olunub.

Rusiyaya məxsus “AirBridgeCargo” yük aviaşirkəti Bakı-Honqkonq hava məkanından keçmək hüququ üçün yükdaşıma icazəsi alıb. Yük Moskva-Bakı-Honqkonq hava marşrutu ilə daşınacaq. Uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək.

Gununsesi.info