
İqlim dəyişikliyi, yeni müharibələr və terror aktları hazırda Almaniya sakinlərinin əsas qorxularıdır. Gununsesi.info Trend-ə istinadən bildirir ki, bu, yeni rəy sorğusu nəticəsində məlum olub.
Rəy sorğusuna əsasən, almanların 71 faizi qlobal istiləşməni başlıca təhlükə mənbəyi hesab edir. 65 faiz respondent yeni müharibələrdən, 63 faiz terror aktlarından qorxduğunu ifadə edib.
“Qorxu reytinqi”ndə növbəti sıralarda cinayət (62%), qocalıq zamanı yoxsulluq (59%), qaçqın axını (45%) və işsizlik (33%) yer alıb.
Gununsesi.info












