Türkiyə 13 PKK terrorçusunu məhv etdi

  • Müəllif: admin
  • 15 Avqust 2017 09:40

pkk

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Kandil rayonunda PKK terror qruplaşmasının mövqelərini bombalayıblar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 13 terrorçu məhv edilib, 8-i isə ağır yaralanıb.

Məlumata əsasən, PKK-nın 4 obyekti, o cümlədən silah anbarı məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Gununsesi.info