Koalisiya qüvvələri İŞİD-ə 13 hava zərbəsi endirib

  • Müəllif: admin
  • 15 Avqust 2017 13:13

05

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hücumu nəticəsində türkmənlərin yaşadığı Telafer şəhərində “İraq Şam İslam Dövləti” (İŞİD) adlanan terror qruplaşmasının xeyli sayda döyüşçüsü məhv edilib.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, İraq Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandiri general Şəmsəddin Məhəmməd Anber mətbuata açıqlamasında belə deyib.

Belə ki, koalisiya qüvvələrinə aid “F-16” döyüş təyyarələri gecə saatlarında Telafer şəhərin mərkəzi və ətraf bölgələrdəki İŞİD hədəflərinə 13 dəfə hava hücumu təşkil edib.

Şəmsəddin Məhəmməd Anberin sözlərinə görə, əməliyyat zamanı İraq Ordusuna bağlı topçu birliklər İŞİD-ə aid hədəflərə zərbə edirərək koalisiya qüvvələrinə dəstək veriblər.

Xatırladaq ki, Mosuldan 63 km qərbdə yerləşən, əksəriyyəti sünni və şiə türkmənlərdən ibarət olan Telafer şəhəri 2014-cü il iyunun 16-da İŞİD-in əlinə keçib.

Anar

Gununsesi.info