“Təhsil haqqını hissə-hissə ödəsələr dünya dağılar” - DEPTATDAN MİKAYIL CABBAROVA TƏKLİF

  • Müəllif: admin
  • 15 Avqust 2017 14:58
aqil
Ali məktəbələrin ödənişli  ixtisaslara düşən tələblərlərin illik ödənşinin əvvəlcədən tələb edilməsi cəmiyyətdə ciddi narazıçılağa  səbəb olub. Övladı ali məktəblərin ödənişli ixtisasların düşənlərin əksəriyyətinin ödəniş haqqının yüksək olduğundan onun birdəfəyə vermək imkanı olmadığından, iki-üç dəfəyə verilməsini təklif edir.
Gununsesi.info xəbər verir ki, yaranmış vəziyyətə biganə qalmayan millət vəkili Aqil Abbas  bir deputat və vətəndaş kimi mövqeyini ortaya qoyaraq, təhsil nazirinə müaciət edərək xalqın üzləşdiyi bu çətin  yaranmış vəziyyətdən çıxış yolunun tapmasını və probelmin həll olunma yolunu  təklif edib.
Deputata bildirib ki, 2017- ci ildə ali məktəblərə  təxminən 36 min tələbə qəbul olunub ki, bunun da təxminən 26 mini ödənişli təhsilə düşüb.
 
“Olsun, bazar iqtisadiyyatıdı, təhsilimizdə də bazarlıq gedir. Və dünyanın inkişaf etmiş ölkələrində də belə bir bazarlıq var. Məsələ nədi? Universitetlərə daxil olan tələbələr dərs ili başlamamışdan əvvəl bir illik təhsil haqqını bəri başdan ödəməlidirlər. Təhsil haqqı da 2000 manatdan başlayır, vurub kəllə-çarxa da çıxır. Yəni bir tələbənin ən aşağı bir illik təhsil haqqı bir illik minimum əmək haqqından 1.5 dəfə çoxdur. Kəllə-çarxa vurub çıxanlarınkı isə orta aylıq əmək haqqından çoxdur. Nəticədə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən kənarda qalır. Və universitetlər də nə qədər ziyana düşür”- deyə, deputat bildirib.
 
O əlavə edib ki, məgər dünya dağılar  bunu hissə-hissə ödəsələr, ya yarı-yarı ödəsələr? Nə qədər eşidirik təhsil haqqını ödəyə bilmədiyinə görə kimlərsə intihar edib, ya intihara cəhd edib. Və yaxud övladının gözünə baxa bilmədiyinə görə valideyn intihar edib. Məcbur olub evini, çörək ağacı olan mal-heyvanını satan, borca düşən, bankların əsiri olan ata-anaları demirəm”- deyə, o bildirib.
Yaranmış vəziyyəti alan millət vəkili nazirə müraciət edərək: “Hörmətli təhsil naziri Mikayıl Cabbarov, hörmətli rektorlar, bəlkə bir yerə yığılıb götür-qoy edəsiniz, bir əncam fikirləşəsiniz.
Ulu Öndər Heydər Əliyev deyirdi: «Təhsil millətin gələcəyidi».
Milləti gələcəksiz qoymayın!
Yuxarıda niyə yazdım ki, nazirin və rektorların oxuması qəti qadağandı? Fikirləşdim ki, oxuyub nə edəsidilər ki?!
Mürtəza
Gununsesi.info