
Bakıda 41-ci Dünya Skaut Konfransı öz işini davam etdirir.
Gununsesi.info Publika.az-a xəbər verir ki, konfransın ikinci günündə Dünya Skaut Komitəsinə namizədlərin təqdimatı olub.
Təqdim olunan 19 namizəddən 12-si səsverməyə qoyularaq 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə üzv seçiləcək.
Namizədlərdən biri Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllıdır. O, komitəyə namizədliyi irəli sürülən iki gənc namizəddən biridir. Səsvermənin nəticələri sabah – konfransın üçüncü günündə məlum olacaq.
Gununsesi.info











