
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 kvadratmetr olan təmiri başa çatmamış 2 otaqlı mənzildə baş verib.
Nəticədə mənzilin eyvanında 10 kvadratmetr sahədə taxta qırıntıları və kağız kisələr yanıb, yüksək temperaturdan eyvanın plastikdən ibarət giriş qapısı və pəncərə çərçivəsi qismən əriyib. Mənzil yanğından mühafizə olunub.
Gununsesi.info












