Çempionlar Liqasında pley-off mərhələsində ilk oyunlar başa çatdı

  • Müəllif: admin
  • 16 Avqust 2017 07:57

uefa-1

Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Gununsesi.info  xəbər verir ki, ilk oyunlar çərçivəsində 5 qarşılaşma baş tutub.

Oyunlara Bakıda start verilib. “Qarabağ” Danimarka çempionu “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib.

“Yanq Boyz”la MOİK arasında görüşdə də eyni hesab qeydə alınıb. İsveçrəlilərin uzatma dəqiqəsindəki avtoqolu qonaqları sevindirib.

İlk oyun günü “Böyük beşlik” təmsilçilərinin dueli ilə əlamətdar olub. “Hoffenhaym” öz meydanında “Liverpul”a uduzub – 1:2. Bu, günün ən qollu qarşılaşması olub.

APOEL Kiprdə “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib. “Sportinq”lə “Styaua” arasında matçda isə hesab açılmayıb.

Gununsesi.info