Təlafər əməliyyatı başladı:  İŞİD-ə amansız mesaj

  • Müəllif: admin
  • 20 Avqust 2017 11:03

abadi
İraq Baş naziri Heydər Abadi Təlafər əməliyyatının başladığını açıqlayıb və İŞİD-ə mesaj göndərib.

Gununsesi.info xəbər verir ki, Abadi dövlət televiziyasına açıqlamasında “Təlafər şəhəri azad ediləcək. İŞİD-ə bir mesajım var: seçim şansınız yoxdur, ya təslim olun, ya da ölün!” – deyib.

O, Təlafər əməliyyatında İraq əsgərlərinin, terrorla mübarizə birliklərinin və Haşdi-Şabi qruplaşmasının yer aldığını bildirib.

Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib.

Gununsesi.info