
Taypey şəhərində keçirilən tələbələrin universiadasında cüdo yarışlarına start verilib.
Cüdo Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
Belə ki, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərini məğlub edərək universiadanın qalibi adına layiq görülüb.
Qeyd edək ki, cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb. Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.
Anar
Gununsesi.info










