
Bu gün Bakını toz duman bürüyüb. Artıq Ekologiya və Təbbi Sərvətlər Nazirliyi də əhalini bununla bağlı xəbərdar edərək, bildirib ki, günün ikinci yarısında Bakıda toz duman normadan qat-qat artıqdır.
Toz dumanını küçədə hərəkət edərkən və ya nisbətən aşağıda olarkən elə də hiss etmək mümkün deyil. Ancaq yüksəklikdən bunun necə dəhşətli bir mənəzərə yaratdığını aydın görmək olur.
Nazirliyin günorta saatlarında yaydığı məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 12:00 da bu göstərici 32 faiz təşkil edib.
Gununsesi.info-nun redaksiyasından Bakının tozlu dumanlı havasının görüntülərini təqdim edirik:

Gununsesi.info












