Millinin San Marino ilə oyun üçün heyəti açıqlandı - SİYAHI

  • Müəllif: admin
  • 23 Avqust 2017 17:18

08

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San Marino yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki aşağıda adları qeyd olunan futbolçulara dəvət göndərib.

Qapıçılar: Kamran Ağayev (Mlada – Çexiya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (Neftçi);
Müdafiəçilər: Tərlan Quliyev (İnter), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Maksim Medvedev (Qarabağ), Pavel Paşayev (Aleksandriya – Ukrayna), Maqomed Mirzabekov (Neftçi), Ürfan Abbasov (Qəbələ), Ruslan Abışov (Neftçi);

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (Qarabağ), Qara Qarayev (Qarabağ), Dmitri Nazarov (Aue – Almanya), Təmkin Xəlilzadə (Zirə), Mahir Mədətov (Qarabağ), Cavid Hüseynov (Qəbələ), Araz Abdullayev (Anortosis – Kipr), Əfran İsmayılov (Qarabağ), Riçard Almeyda (Qarabağ);

Hücumçular: Ağabala Ramazanov (Qarabağ), Ruslan Qurbanov (Qəbələ), Namik Ələskərov (Neftçi), Ramil Şeydayev, (Jilina – Slovakiya), Renat Dadaşov (Ayntraxt – Almanya).

Anar

Gununsesi.info