Qardaş Türkiyənin Kırşehir vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Kırşehir bələdiyyə başqanı müavini Emre Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət olan nümayəndə heyəti “Kırşehirden Qarabağa könül körpüsü” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər.
Gununsesi.info-nun xəbərinə görə, qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı ziyarət ediblər.
Onlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib.
Gülnaz Qənbərli
Gununsesi.info