Gununsesi.info-nun redaksiyasından tozlu-dumanlı Bakının mənzərəsi - FOTOLAR

  • Müəllif: admin
  • 23 Avqust 2017 17:24
20526786_1297108703748390_1002679293_n
Bu gün Bakını toz duman bürüyüb. Artıq Ekologiya və Təbbi Sərvətlər Nazirliyi də əhalini bununla bağlı xəbərdar edərək, bildirib ki, günün ikinci yarısında  Bakıda toz duman normadan qat-qat artıqdır.  
Toz dumanını küçədə hərəkət edərkən və ya nisbətən aşağıda olarkən elə də hiss etmək mümkün deyil. Ancaq  yüksəklikdən bunun necə dəhşətli bir mənəzərə yaratdığını aydın görmək olur.
Nazirliyin günorta saatlarında yaydığı məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 12:00 da bu göstərici 32 faiz təşkil edib.
Gununsesi.info-nun redaksiyasından Bakının tozlu dumanlı havasının görüntülərini təqdim edirik:
21100684_1297108603748400_2074266125_n 21100604_1297108667081727_804594229_n 21040599_1297109540414973_1430153520_n 21040487_1297108623748398_947998214_n 21040443_1297109433748317_174918922_n 21039623_1297109507081643_1272245648_n 21015655_1297109490414978_941043897_n
Gununsesi.info