
2 uşaq anası olan Luçina Smit bağça işləri ilə məşğul olarkən əlinin üstünü cızıb. “Daily Mail”də yayımlanan xəbərə görə, 43 yaşındakı qadın günlər sonra qan zəhərlənməsindən həyatını itirib.
Bağça qəzasının üzərindən bir neçə gün keçdikdən sonra çiyni ağrımağa başlayan Lucinda bu kiçik cızığı həkimə göstərməyə qərar verib. Həkim ona bir ağrıkəsici yazıb və fizioterapiyaya yollayıb. 3 gün sonra ağrısı daha da kəskinləşən qadın təcili qan testindən keçib. Test nəticəsində qadının qan zəhərlənməsindən əziyyət çəkdiyi üzə çıxıb. Damar içi antibiotik verilən qadın 2 gün sonra dünyasını dəyişib. Nişanlı olan Lucindanın biri 9, digəri 6 yaşında 2 uşağı vardı.
Sepsis xəstliyinin digər adı da qan zəhərlənməsidir. Bir infeksiya və ya Lusindadad olduğu kimi bir yara ilə başlayan, ölümcül bir xəstəlikdir.












