
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gununsesi.info-nun “Əli Həsənov birinci vitse-prezident ola biləcəkmi?-İDDİALILAR ORTAYA ÇIXIR” başlıqlı xəbərimizə reaksiya verib. “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov redaksiyamızla əlaqə saxlayaraq, bu xəbərin həqiqəti əks etdirmədiyini deyib.
Qeyd edək ki, ölkə konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərdən sonra Azərbaycanın vitse-prezidentləri olacaq şəxslər haqqında xəbərlər yayılıb. Belə ki, artıq hakim dairələrdə birinci vitse-prezident postunu tutacaq şəxslərin kimliyi ilə bağlı müzakirələrə başlanıldığı söylənilir. Gununsesi.info-nun araşdırmasına görə, birinci vitse-prezident vəzifəsinə əsas iddialılardan biri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Xatırladaq ki, bununla bağlı araşdırmamızda Əli Həsənovun bu iddiasını gerçəkləşdirmək üçün indidən fəaliyyətə başladığı qeyd olunur. Bununla bağlı araşdırmamızda qeyd olunur ki, Əli Həsənov bu iddiasını gerçəkləşdirmək üçün indidən fəaliyyətə başlayıb.
Gülnaz












