Almaniyada seçki: Merkel 4-cü dəfə qalib gəldi

  • Müəllif: admin
  • 24 Sentyabr 2017 21:08

merkel
Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin Xristian Demokrat Birliyi partiyası 4-cü dəfə qalib gəlib.

Gununsesi.info xəbər verir ki, eksit-pollun nəticələrinə görə, 61.5 milyon vətəndaşın iştirak etdiyi seçkilərdə Merkelin partiyası seçicilərin 32.5 faizinin səsini toplayıb.

Merkelin rəhbərlik etdiyi partiyadan sonra ən yüksək səsi Martin Şultsun rəhbərliyindəki Sosial Demokrat Partiyası əldə edib. Sosial Demokratlar seçicilərin təxminən 20 faizinin dəstəyini qazanıb. Seçkilərin nəticələrinə əsasən radikal sağçılar ilk dəfə məclisdə təmsil olunmaq haqqı qazanıb. Yaşıllar isə 9.7 faiz səs toplayıb. II Dünya Müharibəsinin başa çatmasından bu yana ilk dəfə Bundestaqda 6 partiya təmsil olunub.

Qeyd edək ki, seçkilərin nəticəsinə uyğun olaraq yeni alman hökuməti yaradılacaq və kansler təyin ediləcək.

 

Gununsesi.info