“WhatsApp”dan daha bir yenilik

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 12:11

whatsapp

“WhatsApp” tərtibatçıları “Apple” şirkətinin emojiləri əsasında öz emojilərini yaradıblar.

Gununsesi.info xəbər verir ki, android üçün “WhatsApp”ın beta versiyasına yeni emojilər siyahısı əlavə olunub. Yeni emojilər “Apple” tərəfindən hazırlanmış emojilərə bənzəyir. “Görünür, “WhatsApp” “Apple”ın emojilərini götürüb, onları dəyişib”, – deyə “Emojipedia” saytı bildirib.

Əvvəllər “WhatsApp” “Apple” emojilərinə malik iOS emulyatorundan istifadə edirdi. Sözügedən yeni emojilər hələlik “WhatsApp”ın “Android” versiyasının beta versiyasında aktivdir. Onlar digər platformalarda da aktiv olacaqlar.

Gununsesi.info