
Ermənistanın “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur. Məlumata görə, o, xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış.
G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb.
Gununsesi.info












