Azərbaycanlı keçmiş məmur VƏFAT ETDİ

  • Müəllif: admin
  • 18 Oktyabr 2017 12:16
5984576dcf10f_yas_cadiri_084
Auditorlar Palatası sədrinin sabiq müşaviri Aydın Kərimov vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə palatanın yaydığı elanda deyilir.
“Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, kollektivi və üzvləri Auditorlar Palatasının keçmiş əməkdaşı Aydın Kərimovun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər”, – deyə elanda qeyd edilib.
Qeyd edək ki, 2011-ci ildə Aydın Kərimov Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Gununsesi.info